"Ukrayna, Rusiya və ABŞ yaxın vaxtlarda danışıqların üçüncü raundunu keçirəcək".
Publika.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanat verib.
Kiyev nümayəndə heyəti ilə artıq danışdığını bildirən Zelenski, hələlik tam razılığın əldə olunmadığını bu sözlərlə ifadə edib:
"Madamki hazırda həyəcan siqnalları səslənir, deməli, münaqişənin dayandırılması barədə hələ razılığa gəlinməyib".
Zelenski qeyd edib ki, işçi qrupları yenidən görüşərək xüsusilə əsir mübadiləsi məsələsini müzakirə edəcəklər. Onun sözlərinə görə, növbəti görüşün yaxın vaxtlarda keçirilməsi barədə tərəflər arasında artıq razılıq əldə olunub.