EN

Ona yeni vəzifə verildi – Gözlənilməz TƏYİNAT

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının müdiri Zaur Şahbalayev vəzifəsindən azad edilib.

Abşeron-Xızı regional filialının müdiri vəzifəsi müvəqqəti olaraq müdir müavini Elxan Həsənoğlu Bədəlova tapşırılıb.

Elxan Bədəlov hazırda Sosial Xidmətlər Agentliyinin Abşeron–Xızı regional filialında müdir vəzifəsini müvəqqəti icra edir.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışıb. Belə ki, 2017-ci ildə nazirliyin əmri ilə DSMF-nin Sumqayıt şəhər şöbəsinin gəlirlər sektorunda məsləhətçi vəzifəsində işləyərkən Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə direktor təyin olunub.

Bədəlov sonrakı dövrdə Sosial Xidmətlər Agentliyinin Abşeron–Xızı regional filialında müdir müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Sumqayıtda “Coffeelier” adlı qəhvə məkanının Elxan Bədəlovə aid olduğu bildirilir. Məkanın qarşısında aparılan artırmalarla bağlı etirazlar fonunda məsələ sosial şəbəkələrdə gündəmə gəlmişdi.//Nocomment.az

Chosen
14
4
editor.az

5Sources