EN

Tərtərdə adam öldürən yeniyetməyə 10 il həbs cəzası

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tərtərdə mübahisə zəmnində gənc oğlanı öldürməkdə təqsirləndirilən yeniyetmə F.Q-nin cinayət işi üzrə məhkəmədə hökm oxunub.

Lent.az xəbər verir ki, hökmə əsasən F.Q 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında baş verib. 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 17 yaşlı F.Q-nin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. F.Q-yə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə yekun ittiham elan olunub.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
5
lent.az

6Sources