EN

“Bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə” mövzusunda hüquqi maarifləndirici təlim keçirilib

“Bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə” mövzusunda hüquqi maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Regional İnkişaf ictimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Bərabərlik hüququnun təmini və ayrı-seçkiliklə mübarizə” mövzsusunda hüquqi maarifləndirici təlim keçirilib.

Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov beynəlxalq hüquq və Azərbaycan Respublikasının milli qanunvericiliyində ayrı-seçkiliyi qadağan edən və bərabərlik hüququnu təsbit edən hüquq normaları, həmçinin həmin normaların müdafiə mexanizmləri haqqında ətraflı məlumat verib, ayrı-seçkiliklə mübarizə və bərabərlik hüququnun təmini və təşviqinin Azərbaycan Ombudsmanının əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.

Təlimdə, həmçinin Ombudsmanın “916” Çağrı Mərkəzi barədə də iştirakçılara məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və ayrı-seçkiliklə mübarizəyə dair maarifləndirici nəşrlər paylanılıb.

Chosen
34
afn.az

1Sources