EN

Azərbaycanın basketbol millilərinin seçmə mərhələdəki rəqibləri bəlli olub

Azərbaycanın 18 və 20 yaşadək qız və oğlanlardan ibarət basketbol millilərinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

XQ xəbər verir ki, qızlardan ibarət U-18 komandası B divizionunun A qrupunda İslandiya, Portuqaliya, Rumıniya və Niderlandla üz-üzə gələcək.

Qarşılaşmalar iyulun 31-dən avqustun 9-dək baş tutacaq.

Oğlanlardan ibarət U-18 yığması isə B divizionunun B qrupunda Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliyaya rəqib olub. Oyunlar iyulun 24-dən avqustun 2-dək keçiriləcək.

Qızlardan ibarət U-20 kollektivi B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla münasibətlərə aydınlıq gətirəcək. Matçlar iyulun 4-12-si aralığında təşkil ediləcək.

Oğlanlardan ibarət U-20 seçməsi isə A qrupunda İrlandiya, İsveç, Slovakiya, Şimali Makedoniya ilə üz-üzə gələcək. Qarşılaşmalar iyulun 10-19-u aralığında reallaşacaq.

Chosen
7
7
xalqqazeti.az

9Sources