EN

Sosial sığorta əsaslı müavinətlər sahəsində yeni islahatın üstünlükləri nələrdir?

Bakı. Trend:

Nazirlər Kabinetinin yeni Qərarı ilə sosial sığorta əsaslımüavinətlərlə bağlı həyata keçirilən islahat tədbiri bumüavinətlərin təyinatının avtomatlaşdırılmasını, habelə onlarıntəyinatı sahəsində bir sıra vətəndaşyönlü humanist dəyişikliklərinəzərdə tutur.

Trend xəbərverir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiməlumat yayıb.

Bildirilir ki, sosial sığorta əsaslı olan 4 müavinət növü:

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət;
hamiləliyə və doğuma görə müavinət;
3 yaşınadək uşağa qulluğa görə müavinət;
dəfn üçün birdəfəlik müavinət bu il mayın 1-dən avtomatlaşdırılmış,proaktiv qaydada təyin ediləcək.

Bununla da həmin müavinətlərin təyinatı üçün işçininmüraciətinə, müxtəlif sənədlər toplayıb təqdim etməsinə ehtiyacqalmayacaq, işəgötürənin bir sıra əlavə öhdəlikləri (komissiyayaradılması, protokol, haqq-hesab cədvəli s. sənədlərin tərtibi,təqdim edilməsi) aradan qalxacaq.

Məsələn, 3 yaşınadək uşağa qulluğa görə müavinət təyinatı üçünprosedur 4 mərhələdən (işçinin uşağın doğum haqqındaŞəhadətnaməsini işəgötürənə təqdim etməsi, Komissiyanın qərar qəbuletməsi, işəgötürənin sənədləri DSMF-yə təqdim etməsi, Fondunmüavinəti ödəməsi) ibarətdirsə, mayın 1-dən bu prosedur yalnız 1mərhələ (e-sistemlərdəki məlumatlar əsasında müavinətin təyinedilməsi) ilə tamamlanacaq.

Bu proaktiv təyinat mexanizmləri sosial sığorta əsaslımüavinətlərin ödənişi prosesinin daha çevik və şəffaf olmasına,hazırda alınması müəyyən qədər vaxt tələb edən sosial sığortaəsaslı müavinətlərin qısa müddət ərazində ödənişinə imkanyaradacaq.

Yeni islahat tədbiri nəticəsində həmçinin:

sığortaolunanın stajından asılı olaraq hazırda ona əməkqabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət 60 faiz, 80faiz, 100 faizi qədər ödənilirsə, stajından asılı olmayaraq hər birişçiyə 100 faiz məbləğində ödəniləcək;

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hazırdaəlilliyi olan şəxslərə 6 ay, digər şəxslərə 12 ay müddətindəödənilirsə, artıq hər bir işçiyə 12 ay müddətində ödəniləcək;

yalnız Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərinuşaqlarına qulluğa görə ikiqat müavinət ödənilirsə, artıq əlilliyiolan bütün uşaqlara qulluğa görə ikiqat müavinət veriləcək;

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğumagörə müavinətin məbləğinin hesablanması ilə bağlı işəgötürəninöhdəliyi də aradan qalxacaq, bu hesablamanı sığortaçı (DSMF)aparacaq.

Chosen
64
9
az.trend.az

10Sources