EN

Liverpul 100 milyonluq transferlə bazarı partlatmağa hazırdır

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rocers ötən il “Aston Villa” ilə 2031-ci ilə qədər yeni müqavilə imzalasa da, “Liverpul” geri çəkilmir.

Morqan Rocers 2026-cı ilin yayında klubundan ayrıla bilər.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, “Liverpul” 23 yaşlı ingilis futbolçunu izləyir və mersisaydlılar qanad oyunçusu üçün təxminən 100 milyon funt sterlinq təklif edə bilərlər.

Həmçinin qeyd olunur ki, "Aston Villa" Rocersin Birminhem klubunda qalacağına və karyerasını orada davam etdirəcəyinə inanır.

Morqanın komanda ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir. Bu mövsüm oyunçu Premyer Liqada 24 oyunda yeddi qol vurub və beş məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
19
lent.az

1Sources