EN

Avropa futbolunda qış transfer pəncərəsinin ən sərfəli keçidləri açıqlanıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 5 fevral, AZƏRTAC

Nüfuzlu “Goal” nəşri Avropada qış transfer dövründə qiymətinə görə ən uğurlu transferlərin siyahısını hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reytinqdə ilk pillədə “Barselona”dan Fransanın PSJ klubuna transfer olunan gənc hücumçu Dro Fernandes qərarlaşıb. Paris təmsilçisi futbolçunu real dəyərindən xeyli aşağı məbləğə – 7,1 milyon funt sterlinqə heyətinə qataraq sərfəli transferə imza atıb.

İkinci yerdə Mark Gexinin “Kristal Pelas”dan “Mançester Siti”yə keçidi yer alıb. Müdafiəçi müqaviləsinin bitməsinə az vaxt qalmasına baxmayaraq, “şəhərlilər” onun üçün 20 milyon funt ödəyərək müdafiə xəttini gücləndirib.

Üçüncü pillədə “Marsel”dən “Vulverhempton”a icarəyə verilən Anxel Qomes qərarlaşıb. İngiltərəli yarımmüdafiəçi Premyer Liqada müntəzəm oyun praktikası qazanmaq imkanı əldə edib.

Siyahıda yer alan digər maraqlı transferlər arasında Ademola Lukmanın “Atalanta”dan “Atletiko”ya keçidi, gənc braziliyalı hücumçu Endrikin “Real Madrid”dən “Lion”a icarəsi, eləcə də Etan Nvanerinin “Arsenal”dan “Marsel”ə transferi xüsusi diqqət çəkib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
2
azertag.az

3Sources