EN

Rusiyaya ciddi zərbə! İşğalçı ordunun istifadə etdiyi “Starlink”lər söndürüldü

"Ukrayna Müdafiə Nazirliyi ilə SpaceX şirkəti arasında əldə olunan razılaşmaya əsasən Ukrayna cəbhəsində istifadə olunan bütün qeydiyyatsız “Starlink” terminallarının fəaliyyəti dayandırılıb. Bundan sonra yalnız Ukraynada rəsmi qeydiyyata alınan və alınacaq “Starlink”lər çalışacaq. Bu addımdan qeydiyyatsız “Starlink”lər işlədən bəzi Ukrayna hərbi birləşmələri də zərər çəkib, lakin onlar sürətlə Ukrayna Müdafiə Nazirliyinin “ağ siyahı”sına daxil edilərək xidmətlə təmin olunur".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, rus hərbi blogerlərin fəryadından anlaşılır ki, ən çox zərər çəkən tərəf Rusiyadır: "İşğalçı ordunun istifadəsində olan təxminən 550 min mobil “Starlink” stansiyası bloklanıb. Nəticədə rusların həm xəbərləşməsi dayanıb, həm də “Starlink” vericiləri ilə işləyən dronlar lazımsız əşyaya çevrilib. Bu, onları rabitə sahəsində müharibənin əvvəlindəki vəziyyətə qaytarıb. Hətta bu gün cəbhənin bəzi istiqamətlərində Rusiya ordusunu hücumlarının dayandığı barədə xəbərlər də var. Rus blogerlər bir tərəfdən İlon Maskı söyüb təhqir edirlər, digər yandan isə Rusiya rəhbərliyini sərt ifadələrlə tənqd edərək yazırlar ki, amerikalılara necə etibar etmək olar və onlar İlon Maskın Rusiyaya yaxın olduğuna hansı əsasla inanıblar. Həqiqətən də, təsəvvür edin, NATO ilə müharibədən dəm vuran bir dövlət NATO ölkəsinin kommersiya şirkətinin internet şəbəkəsi ilə döyüşürmüş və o şəbəkədən qoparıldıqdan sonra ciddi texniki problemlə üzləşib.

İ.Mask Ukraynanın yeni müdafiə naziri Mixail Fyodorova simpatiya ilə yanaşır və ona kömək vəd edib. Qeyd etmək lazımdır ki, Zelenski kadr siyasətində xeyli səhvlərdən sonra (bu səhvlər Ukraynaya baha başa gəldi) son vaxtlar uğurlu təyinatlar həyata keçirdi. Fyodorov və Kiril Budanov qısa müddətdə öz sahələrində keyfiyyət dəyişikliyinə nail ola biliblər. Bu təyinatlar Zelenskinin qarşıdakı seçkilərdə şansını da artırıb".

Nigar,

Sitat.info

 

Chosen
13
2
sitat.info

3Sources