EN

Epşteyndən Tramp açıqlaması: Mən çox pis insan tanımışam, amma...

Turkstan.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Ədliyyə Nazirliyinin milyarder Ceffri Epşteynlə bağlı təxminən 3 milyon sənədi dərc etməsindən sonra bu hadisələrin nəticələri davam edir.

Turkustan.az xəbər verir ki, Epşteyn 2019-cu ildə həbsxanada şübhəli şəraitdə vəfat edib. Epşteyn yetkinlik yaşına çatmayan qızları şəxsi təyyarəsi ilə özəl adasına aparmaqda, onlara cinsi təcavüz etməkdə və nüfuzlu şəxslərlə fahişəlik şəbəkəsi qurmaqda ittiham olunarkən mühakimə olunub. Sənədlər arasında Epşteynin ABŞ prezidenti Donald Tramp haqqında qorxuducu ifadələri də var.Nazirlik tərəfindən ictimaiyyətə açıqlanan sənəddə Ceffri Epşteynin ABŞ-ın keçmiş maliyyə nazirinin müavini Larri Sammersə göndərdiyi elektron poçt diqqəti cəlb edib. Mesajda Epşteyn Donald Trampla bağlı aşağıdakı ifadələrdən istifadə edib:"Mən çox pis insanlarla tanış olmuşam... Amma heç biri Tramp qədər pis deyildi. Onun varlığında bir qram belə dürüstlük yoxdur... Bəli, o, təhlükəli bir insandır."

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
icma.az

1Sources