ain.az, Axsham.az saytına istinadən bildirir.
83 yaşlı amerikalı milyarder Nelson Peltz ilk dəfə olaraq qızı Nikola Peltz ilə Bekhemlər ailəsi arasında davam edən münaqişə barədə açıqlama verib.
Axşam.az xəbər verir ki, Nelson Peltz "WSJ Invest Live" tədbirində çıxışı zamanı kürəkəni Bruklin Peltz-Bekhemin sosial media hesabında paylaşdığı səs-küylü açıqlamalardan sonra yaranan qalmaqallı vəziyyəti şərh edib.
Bu məqamda xatırladaq ki, Bruklin həmin paylaşımlarda 2022-ci ilin aprelində Nikola ilə baş tutan toyları ilə bağlı detalları açıqlamış və bununla da valideynləri, Devid və Viktoriya Bekhemlə münasibətlərində ciddi fikir ayrılığı olduğunu təsdiqləmişdi.
Milyarder tədbirdə "People" nəşrin mediada qızı Nikola ilə yayımlanan xəbərlərə münasibəti ilə bağlı sualına "Son vaxtlar ailəm mətbuatda olub? Mən bunu heç hiss etməmişəm. Ailəmə məsləhətim mətbuatdan uzaq durmaq olub. Görün, bu indiyənı kimi nə qədər fayda verib? Qızım Nikola ilə Bekhem ailəsi arasındakı məsələ tamam başqa hekayədir. Bu gün bunu müzakirə etməyəcəyik. Amma onu deyə bilərəm ki, qızım möhtəşəmdir, kürəkənim Bruklin çox yaxşı oğlandır və ümid edirəm ki, onların uzun və xoşbəxt evlilikləri olacaq" deyə, reaksiya verib.
Xatırladaq ki, Bruklin artıq təxminən bir ildir ailəsi ilə ünsiyyət qurmur. O, açıqlamasında ailəsinin ideal görünmək üçün sosial mediada və ictimaiyyət qarşısında saxta pozlar verdiklərini iddia edib. Bruklin həmçinin valideynlərinin Nikolanı sevmədiyini və 2022-ci ildə baş tutan toylarını demək olar ki, korladıqlarını iddia edib.
Cütlük 2025-ci ildə toy mərasimini yenidən keçirib. Mərasimi Nikolanın atası təşkil edib və Bruklinin ailə üzvlərindən heç kim dəvət olunmayıb.
Şayiələrə görə, Bruklin Bekhem ailəsi ilə yaşadığı konflikt barədə kitab yazmağı planlaşdırır. Devid və Viktoriya Bekhem isə oğullarının açıqlamalarına hələlik münasibət bildirməyiblər.
Qeyd edək ki, Nelson Peltzin 10 övladı var. Nikola Peltz onun model Klaudiya Heffnerlə (hazırda 70 yaşındadır) olan evliliyindən dünyaya gəlib. Cütlük 1985-ci ildən evlidir.
Bir müddət əvvəl Nelson Peltzin qızı Nikolaya hər ay 1 milyon dollar cib xərcliyi verdiyi ortaya çıxıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.