EN

Regionun paytaxtı dəyişdi: Bakı, Moskva və İrəvan da oranı seçdi, lakin...

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Avropanın qeyri-rəsmi “paytaxtı” hesab edilən Brüssel uzun müddət beynəlxalq sülh və danışıqlar platforması kimi ön plana çıxsa da, son dövrlərdə onun bu rolunun zəiflədiyi müşahidə olunur. Azərbaycan–Ermənistan və Rusiya–Ukrayna danışıqları kimi mühüm proseslərin Əbu-Dabidə keçirilməsi beynəlxalq diplomatiyada diqqət çəkən dəyişikliklərin göstəricisidir.

Bu, həm region liderlərinin yeni platformalara üstünlük verdiyini, həm də ənənəvi sülh mərkəzlərinin təsir imkanlarının məhdudlaşdığını ortaya qoyur.

Brüssel artıq beynəlxalq sülh və danışıqlar platforması kimi sıradan çıxır? Sülh danışıqlarının Əbu-Dabidə keçirilməsi nəyin göstəricisidir?

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, politoloq Mütəllim Rəhimli deyib ki, Avropa İttifaqının (Aİ) dünya siyasətində oynadığı çoxüzlü oyunlar ona etimadın itməsinə gətirib çıxarmaqdadır:

“Siyasi maraqlar naminə ikili yanaşmaları, haqsızı müdafiə etməsi, problemə münasibətdə öz maraqlarını daha üstün yerə qoyması İttifaqın əməli ilə dəyərləri arasında böyük uçurum yaradıb. Son vaxtlar Birləşmiş Ştatlarla münasibətdə yaşadığı gərginlik və etimadsızlıq da Avropa İttifaqının nüfuzuna ciddi zərbə vurub. Aİ demokratiya, insan hüquqları, azad seçkilər adı altında çoxsaylı manipulyasiyalar etməkdədir. Bu qurum təkcə dövlətlərin deyil, həm də insanların ümidləri ilə oynayıb. Qarabağ məsələsinə münasibətdə də biz bütün bunları açıq-aşkar hiss etmişik.

Dünyada isə ədalət axtarışı davam edir. Hər kəs neytral və prosesə obyektiv yanaşan tərəflə işləməyə üstünlük verir. Ona görə də münaqişəli tərəflər vasitəçilərsiz dialoq aparmağa və bitərəf məkanda görüşməyə səy göstərirlər. Bu mənada Əbu-Dabinin seçilməsi başadüşüləndir”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
globalinfo.az

1Sources