EN

“Real” Endriklə bağlı qərarını verdi

“Real”ın hücumçusu Endrikin “Lion”dakı icarə müddəti uzun çəkməyəcək.

Msport.az xəbər verir ki, 19 yaşlı futbolçu Fransada qısa müddətdə özünü parlaq şəkildə göstərməyi bacarıb.

O, “Lion”un heyətində keçirdiyi 5 oyunda eyni sayda qol vurub və 1 məhsuldar ötürmə verib. “Real” rəhbərliyi artıq yekun qərarını verib: Endrik mövsüm başa çatdıqdan sonra, yayda Madridə qayıdacaq.

“Kral klubu” braziliyalı futbolçunun icarə müddətinin uzadılmasını planlaşdırmır və digər klublardan gələcək transfer təkliflərini də nəzərdən keçirməyəcək.

Endrik “Lion”a bu ilin yanvarında icarə əsasında keçmişdi. O, Fransa kubokunun 1/8 final mərhələsində “Laval”a qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan oyunda da məhsuldar çıxışı ilə diqqət çəkib.

Chosen
31
msport.az

1Sources