Yunanıstanın Baş naziri Mitsotakis, Prezident Ərdoğanın dəvəti ilə 11 fevral Çərşənbə günü Türkiyəyə gələcək.
Turkustan.az xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Prezident Ərdoğanın dəvəti ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak etmək üçün 11 fevral 2026-cı ildə Türkiyəyə rəsmi səfər edəcək.
İki ölkənin ikitərəfli və regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az