İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı oyunçusu adına namizədlərin müəyyyənləşib.
QOL.az xəbər verir ki, mükafat üçün 8 namizəd təqdim olunub. Onlar aşağıdakılardır:
Yasin Ayari ("Brayton") – 2 qol, 2 məhsuldar ötürmə;
Patrik Dorqu ("Mançester Yunayted") – 2 qol, 1 məhsuldar ötürmə;
Enzo Fernandes ("Çelsi") – 3 qol, 1 məhsuldar ötürmə;
Eli Junior Krupi ("Bornmut") – 1 heç-heçə, 3 qol;
Krisensio Sammervil ("Vest Hem") – 3 məğlubiyyət, 3 qol;
İqor Tyaqo ("Brentford") – 1 heç-heçə, 5 qol;
Harri Uilson ("Fulhem") – 2 heç-heçə, 3 qol;
Florian Virtz ("Liverpul") – 4 heç-heçə, 3 qol, 1 məhsuldar ötürmə;
Mükafatın qalibi azarkeşlərin və mütəxəssislərin səsverməsi ilə müəyyən ediləcək.