EN

Bir evdə yaşadığı sevgilisi döydü, məhkəmədə bağışladı Gecə yarı...

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakının Nərimanov rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 25-də rayonun E.İsaqzadə küçəsində yerləşən evlərdən birində baş verib. Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Sərxan həmin gün gecə saat 2 radələrində sevgi münasibətində olduğu Əfsanə ilə (adlar şərtidir – red.) mübahisə edib. Gecəyarısı cütlüyün arasında yaşanan mübahisə dava ilə nəticələnib. Dava zamanı Sərxan bir neçə dəfə yumruqla Əfsanənin vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Həm Sərxan, həm də Əfsanə ifadələrində barışdıqlarını bildiriblər. Əfsanə Sərxanı bağışladığını, ona qarşı şikayəti olmadığını deyib. Bu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman Sərxanın zərərçəkmişlə barışmasını nəzərə alıb. Bu səbəbdən onun barəsində ittihamedici hökm çıxarılmayıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
demokrat.az

1Sources