EN

Qəbul imtahanı bu tarixdə keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək.

Bu barədə Publika.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bakalavrlar "İmtahana buraxılış vərəqəsi" və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Chosen
6
28
publika.az

10Sources