Bakı. Trend:
ABŞ Moskva və Kiyev sülh sazişi imzalayana qədər Avropadakımüttəfiqləri vasitəsilə Ukraynaya silah tədarükünü davam etdirməkniyyətindədir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daiminümayəndəsi Metyu Uitaker yerli telekanala verdiyi müsahibədəbildirib.
“Biz sülh sazişinin əldə olunması üçün nə qədər vaxt tələbolunarsa, o müddət ərzində silahlarımızın NATO üzrəmüttəfiqlərimizə satışını davam etdirmək niyyətindəyik, onlar isəbu silahları ukraynalıların ilk növbədə özlərini müdafiə edəbilmələri üçün Ukraynaya tədarük edəcəklər”, – deyə Uitakerbildirib.
O vurğulayıb ki, söhbət ilk növbədə Ukraynanın hava hücumundanvə raket əleyhinə müdafiə sistemlərindən gedir.
Bundan əlavə, ABŞ Ukraynanın döyüş qabiliyyətini qoruyubsaxlaması üçün vacib olan həmlə tipli silahların tədarükündənimtina etməyi planlaşdırmır.