“Neftçi” bu il ilk transferi etməyə yaxındır.
Sportinfo.az-ın Kiprin "Goal News" saytına istinadən yaydığı məlumata görə, Bakı klubu "Etnikos"dan (Kipr) braziliyalı vinger Breno Almeydanın keçidi üçün ciddi addımlar atıb və razılaşma yekunlaşmaq üzrədir.
Mənbənin bildirdiyinə görə, tərəflər transfer məbləği ilə bağlı artıq ortaq məxrəcə gəliblər. Futbolçunun özü də “Neftçi”yə keçməyə razıdır.
Gözlənilməz bir dəyişiklik baş verməsə, bu transferin baş tutacağı dəqiqə yaxındır. Hazırda yalnız rəsmi prosedurların tamamlanması qalıb.
27 yaşlı futbolçu bu halda Kiprdə keçirdiyi 1,5 ildən sonra karyerasını Azərbaycanda davam etdirəcək.
Kipr mənbələri onu da iddia edir ki, bu tranfser üçün "Neftçi" 100 min avro təzminat ödəyəcək, bu da Kiprin klubunun tarixində rekord göstərici olacaq.