EN

Şeyx Əbdüllə AKİ arasında qalmaqal böyüyür: Əli İsa Cabbarovdan ağır sözlər

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) arasında qalmaqal böyüyür.

Publika.az xəbər verir ki, hazırda xəstəxanada müalicə olunan aktyor Qaynarinfo-ya açıqlamasında səhhəti ilə maraqlanmadıqları üçün AKİ-nin sədr müavini Əli İsa Cabbarov və Xalq artisti Şəfiqə Məmmədovanı ittiham edib:

"İttifaqın işi kino xadimlərinə xidmət etməkdir. 5–10 hazıra-nazirin kef etməsi üçün yox, yaşlı, xəstə, ömrünü-gününü kinoya fəda edənlərə xidmət etməkdir. İttifaq təkcə Rasim Balayevdən ibarət deyil, müavinləri Şəfiqə Məmmədova və Əli İsa Cabbarov da var. İttifaq onların xüsusi mülkiyyəti deyil. Hətta onlar ittifaqdan adam ayırmalıdır ki, xəstəxanada gəlib mənə baxsınlar. Hələ də bilmirəm ki, dövlət bu ittifaqa niyə pul verir? Əli İsaya salam söyləyirəm və deyirəm ki, ayıb olsun. Bu günə kimi mənə zəng belə etməyib. Əli İsa, ittifaq sizin deyil, bizimdir. Mənim sizə heç bir ehtiyacım yoxdur. Bəlkə mənim heç baxanım yoxdur. Bu məsələni belə qoymayacağam, çıxan kimi problemə aydınlıq gətirəcəm".

Chosen
42
publika.az

1Sources