EN

“Ermənistan Aİİ dən çıxmalı olduğunu düşünmür” Simonyan

ain.az, 525.az portalına istinadən məlumat verir.

“Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmağı düşünmür”.

525.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

"Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqına gəldikdə, biz çıxmalı olduğumuzu düşünmürük. İnanırıq ki, birlikdə hər iki tərəf üçün faydalı olacaq bir həll yolunu tapa bilərik", - Simonyan söyləyib.

Əlavə edib ki, Ermənistan Rusiyaya qarşı heç bir addım atmaq niyyətində deyil. Ermənistan Rusiya ilə əlaqələrdə maraqlıdır və ölkədə başqa bir anlaşma yoxdur.

O, həmçinin KTMT məsələsinə də toxunub. Bildirib ki, Ermənistanın mövqeyi məlumdur və İrəvan hələ də suallarına cavab almayıb. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
525.az

1Sources