Bakı. Trend:
SİMA yeni nəsil rəqəmsal imzanın “Elektron ipoteka və kreditzəmanət” sisteminə inteqrasiyası təmin olunub.
Artıq sistemdə digər elektron imza vasitələri ilə yanaşı, “SİMAİmza”dan da istifadə etmək mümkündür. Belə ki, ipoteka krediti vəya satmaq öhdəliyi ilə kirayə mənzil almaq istəyən vətəndaşlarsistemə SİMA rəqəmsal imza ilə daxil olaraq, elektron kabinetyarada və bütün növ müqavilələri imzalaya bilərlər.
Qeyd edək ki, bu yenilik İpoteka və Kredit Zəmanət Fondunun“AzInTelecom” MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyatakeçirilib. Sözügedən inteqrasiya vətəndaşlar üçün vaxt və əlavəxərclərin qarşısının alınması, göstərilən xidmətlərinsəmərəliliyinin artırılması məqsədi daşıyır.
SİMA rəqəmsal imza AZCON Holding şirkətlərindən olan“AzInTelecom” MMC tərəfindən yaradılıb. Ətraflı məlumatıwww.sima.az saytından və ya 157 Zəng Mərkəzi ilə əlaqə saxlamaqlaəldə etmək mümkündür.