EN

Azərbaycanın post-modern dövrdə özünəməxsus inkişaf modelini dünyaya təqdim edir



"Bu gün Azərbaycanın qazandığı tarixi Zəfər və ərazi bütövlüyümüzün tam bərpası, əslində bu dahi strateji xəttin - milli güclə beynəlxalq reallığın, tarixi yaddaşla gələcək vizyonun düzgün uzlaşdırılmasının parlaq nəticəsidir. "Yeni Azərbaycan" konsepsiyası statik bir hədəf deyil, daimi inkişafı, müasirləşməni və milli suverenliyin intellektual müstəvidə qorunmasını nəzərdə tutan bir doktrinadır".

Newscenter.az xəbər verir ki, bunları gənc tədqiqatçı Emin Əsədli deyib. O bildirib ki, bu baxımdan, partiyanın daxili təkamülü və dövlət idarəçiliyindəki proqressiv transformasiyalar, Azərbaycanın post-modern dövrdə özünəməxsus inkişaf modelini dünyaya təqdim edir:

"Bizim missiyamız, Ulu Öndərin müəyyən etdiyi və Müzəffər Ali Baş Komandanın zirvəyə daşıdığı bu ideoloji irsi intellektual dərinliklə zənginləşdirmək və Azərbaycanın daimi yeniliyini dövlətçiliyimizin sarsılmaz prinsipi kimi qoruyub saxlamaqdır".

Anar
Chosen
29
newscenter.az

1Sources