EN

Şərurda 973 abonentə mavi yanacağın verilişi dayandırılıb

Naxçıvan, 5 fevral, AZƏRTAC

Şərur rayonunun Çomaxtur və Xələc kəndlərini mavi yanacaqla təmin edən boru xətti korroziyaya uğrayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, buna görə yeraltı boru yerüstü xətlə əvəzlənir. Bununla əlaqədar bu gün saat 16-dək 973 abonentin qaz təchizatında məhdudiyyət olacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin kəndlərə qazın verilişi bərpa ediləcək.

Chosen
50
4
azertag.az

5Sources