Yer kürəsində planetar maqnit qasırğaları artıq başlayıb, Qərb yarımkürəsində isə güclü qütb parıltısı müşahidə olunur.
Â
Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
Â
Alimlərin sözlərinə görə, hələlik bu qasırğalar nisbətən zəifdir, G1 səviyyəsindədir, lakin növbəti sutkalar ərzində onların gücü G2-G3-ə qədər arta bilər.
Â
Qütb parıltısı hazırda Kanadada və ABŞ-ın şimal ştatlarında görünür. Onlar artıq maksimum intensivlik səviyyəsinə (10) çatıblar.
Â
Maqnit qasırğalarının tək bir səbəbi yoxdur - onlar fevralın əvvəlindən bəri müşahidə olunan son dərəcə yüksək Günəş aktivliyinə Yerin maqnitosferinin ümumi reaksiyasının nəticəsidir.
Â
Prosesin başlanmasına səbəb fevralın 2-də son bir il yarım ərzində Günəşdə ən böyük X8.1 sinifli partlayış zamanı kosmosa atılan plazma buludunun kənarının Yerə yaxınlaşması olub.(Oxu.az)