EN

Rusiyanın razılığı olmadan Ermənistanın sülh sazişini imzalaması inandırıcı deyil Qüdrət Həsənquliyev

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hesab edirəm ki, əgər Ermənistan öz üzərinə öhdəlik götürürsə ki, seçkilərdən sonra konstitusiyasına dəyişiklik edəcək, biz öz tələbimizdən geri çəkilə bilərik. Yəni Ermənistandan tələb etməyək ki, əvvəlcə konstitusiyanı dəyişsin, ondan sonra sülh sazişi imzalansın və biz Ermənistandakı seçkilərə qədər sülh sazişini imzalaya bilərik".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Ermənistanın Konstitusiyasına dəyişiklik məsələsinə toxunan deputat Qüdrət Həsənquliyev bildirdi. Onun sözlərinə görə, məsələnin kökü daha dərindir:

"Paşinyan əgər sülh sazişini imzalamaq istəsəydi, çoxdan konstitusiyanı dəyişə bilərdi. Burada Rusiya faktoru var. O bilir ki, Rusiya bu sülh sazişinin imzalanmasında maraqlı deyil və Rusiyanı daha da qıcıqlandırmamaq üçün prosesi uzadır. Ona görə də mən hər zaman deyirəm ki, əslində sülh sazişinin imzalanması üçün Rusiya ilə danışmaq lazımdır və Rusiyanın xeyir-duasını aldıqdan sonra, Rusiyanın özünün də iştirakı ilə, yəni Türkiyənin də iştirakı ilə dördtərəfli sülh sazişi imzalamaq olar. Türkiyə və Rusiya qarantor dövlətlər kimi Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişinə də imza ata bilərlər. Rusiyanın xeyir-duası olmadıqca, Ermənistanın sülh sazişini imzalayacağı mənə az inandırıcı görünür. Amma biz öz tərəfimizdən sülhün imzalanması üçün müəyyən addımlar atmalıyıq. Mən parlamentin iclasında da söylədim ki, Naxçıvana gediş-gəlişi təmin etmək üçün Qazax-İcevan dəmir yolunu, eləcə də Sədərək-İrəvan dəmir yolunu bərpa etməliyik. Çünki Qarsdan Naxçıvana çəkilən dəmir yolunun istismara verilməsi üçün üç ildən artıq vaxt lazımdır. Eyni zamanda TRİPP layihəsi çərçivəsində Zəngəzur dəhlizinin açılması da vacibdir. Biz görürük ki, ABŞ bu prosesə qoşulub, lakin avqust ayından bu günə qədər yolun açılması istiqamətində bir daş belə daş üstə qoyulmayıb. Danışıqlar davam edir və hesab edirəm ki, hələ bir müddət də davam edəcək. Ona görə də Rusiya ilə Ermənistan arasında anlaşma vacibdir".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
57
1
redaktor.az

2Sources