EN

Dubayda marafon keçirildi Azərbaycanlı idmançı yüksək nəticə göstərdi FOTOLAR

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sayca 25-ci “Dubay Marafonu” keçirilib.

Bakupost.az xəbər verir ki, Ölkəmizi bu yarışda Elçin Bəkirov təmsil edib.

İdmançımız marafon məsafəsini 2:46:38 nəticə ilə başa vurub. Bəkirov mükafatçılar sırasına düşə bilməsə də, kişilər arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordunu müəyyənləşdirib. Ümumilikdə 28 min iştirakçının qatıldığı yarışda təmsilçimiz 56-cı yerin sahibi olub. O, öz yaş kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Dubay Marafonu” ilk dəfə 1998-ci ildə keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
www.bakupost.az

1Sources