EN

Son iki gündə güclü külək Bakıda 78 ağacı sındırıb

İki gün ərzində Bakıda davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağacın sınması, 40 ağacın budaqlarının qırılması qeydə alınıb. 

 

Senzor.az bildirir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

 

Qeyd olunub ki, bu günlərdə gücləndirilmiş iş rejimində çalışan Birliyin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar operativ şəkildə götürülüb və ərazi təmizlənib.




















Chosen
20
18
senzor.az

10Sources