525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Təhsil, səhiyyə, hüquq kimi sahələrdə hələ də diplom vacibdir və əhəmiyyətini qoruyur. Çünki bunlar klassik sahələrdir. Ancaq mühəndislik kimi texniki sahələrdə diplomun əvvəlki qədər önəmi yoxdur. Bununla belə, vəzifədə yüksəlmək baxımından diplomlar hələ də rol oynayır”.
Bunu 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib. Onun sözlərinə görə, universitet diplomları bəzən nə sənət qazandırır, nə də verdiyi sənəd real dəyər yaradır. Universitet diplom, sertifikat verir, amma bunun nəticəsində tələbəyə peşə bacarığı və real səriştə qazandırmır. Məhz buna görə də insanlar universitet təhsilinə maraqlarını gündən-günə itirirlər:
"Bu yalnız universitetlərin problemi deyil, həm də dövrün gətirdiyi reallıqdır. Universitetləri təkbaşına günahlandırmaq düzgün olmaz".
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.