EN

Norveçin dənizlərində balıq ehtiyatları on il ərzində iki dəfə azalıb

Stokholm, 5 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

Norveçin dəniz ərazilərində balıq ehtiyatları son on-on iki ildə təxminən iki dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, Norveç Dəniz Tədqiqatları İnstitutunun məlumatına görə, ümumi balıq biokütləsi 2013-cü ildəki 35 milyon tondan 2025-ci ildə 17 milyon tona düşüb. Şimal, Norveç və Barens dənizlərində 46 balıq növünün hamısı, o cümlədən treska, pişik balığı, sayda, siyənək və skumbriya kritik vəziyyətdədir.

Mütəxəssislər vəziyyəti ciddi və həyəcanverici adlandırırlar. İqlim dəyişikliyi və intensiv sənaye balıqçılığı balıq ehtiyatlarının azalmasının əsas səbəbləri hesab olunur. Təxminən 40 ildir ki, bölgənin yuxarı 200 metrliyində dəniz suyunun temperaturu davamlı olaraq yüksəlir və son illərdə normadan 0,5-2,5 dərəcə artıq olub. Balıqçılıq kvotalarının azaldılmasına baxmayaraq, onun həcmləri hələ də Norveç Dəniz Tədqiqatları İnstitutunun tövsiyələrini üstələyir.

Chosen
23
1
azertag.az

2Sources