EN

Bədii rəhbərsiz qalan teatrlar, yaxud köhnə idarəetmənin ləğvi RƏSMİ AÇIQLAMA

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət teatrlarının idarəetmə strukturunda aparılan islahatlar nəticəsində bir sıra vəzifələr ləğv edilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, dəyişikliklər dövlət teatrlarının əsasnamələrinin, strukturunun və ştat cədvəllərinin yenilənməsi ilə bağlıdır.

Yenilənmiş idarəetmə modelinə əsasən, teatrların mövcud strukturunda fəaliyyət göstərən bədii rəhbər, baş rejissor, baş rəssam və digər analoji vəzifələr ləğv olunub, əvəzində Strategiya və kommunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri yaradılıb.

Bu dəyişikliklər fonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsini icra edən Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə də postunu itirib.

Dünən yayılan məlumata görə, Mehriban Ələkbərzadə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri təyin olunub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, teatrda bədii rəhbər vəzifəsi artıq mövcud deyil:

“Yeni struktur dəyişikliyinə əsasən bu vəzifə ləğv edilib. Mehriban Ələkbərzadə isə yeni təyinatla Azərbaycan Dövlət Televiziyasında bədii rəhbər vəzifəsinə təyin olunub”.

Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Azərbaycan Rəssamlar İttifaqının üzvü İlham Əsgərovdur.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
1
cebheinfo.az

2Sources