EN

Ukraynalılar üçün Avropaya giriş pullu olacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 5 fevral, AZƏRTAC

2026-cı ilin sonlarından etibarən yeni vizasız səyahət sistemi (ETIAS) istifadəyə veriləcəyi üçün ukraynalılar üçün Avropaya giriş rüsumu tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu məlumat sistemin veb- saytında yerləşdirilib.

Qeyd olunub ki, ETIAS viza deyil, əcnəbilərin şəxsiyyətini və səfərlərinin məqsədini təsdiqləmək üçün daha bir mərhələdir. Bu giriş icazəsinin əvvəlcə 2016-cı ildən tətbiqi planlaşdırılsa da, müxtəlif səbəblərdən təxirə salınıb. ETIAS üçün onlayn müraciət etmək olar və adambaşına 20 avro ödəmək lazım gələcək.

İcazə üç il müddətində etibarlı olacaq və ukraynalılara 30 Avropa ölkəsində 90 gün qalmağa imkan verəcək.

Ukraynalılar üçün Avropa İttifaqına mövcud vizasız giriş rejimi 2026-cı ilin sonunadək qüvvədə qalacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
43
6
azertag.az

7Sources