Rusiya tərəfi Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (DSNV) müddətinin başa çatmasına görə təəssüfünü bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında məlumat verib.
“Bu gün, günün sonunda, DSNV qüvvəsini itirəcək. Biz bunu mənfi qiymətləndiririk və bu səbəbdən təəssüfümüzü ifadə edirik”, — deyə Kremlin nümayəndəsi bildirib.
Aytəkin TOFİQQIZI