EN

Lavrov isveçrəli həmkarı ilə ATƏT böhranını müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov, isveçrəli həmkarı İqnazio Kassis və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu fevralın 6-da Moskvada görüşəcəklər.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında açıqlama verilib.

"Danışıqların əsas mövzusu ATƏT-dəki mövcud dərin böhranın aradan qaldırılması yolları olacaq. Bu böhran bir sıra Qərb ölkələrinin Təşkilatdan öz maraqları üçün, o cümlədən Rusiya əleyhinə isteriya yaratmaq üçün istifadə etməsinin nəticəsidir",-Xarici İşlər Nazirliyindən bildirilib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
31
missiya.az

1Sources