EN

Ağcabədidə bıçaq xəsarətləri alan azyaşlının vəziyyətiAÇIQLANDI - YENİLƏNİB

04.02.2026-cı il tarixində saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı (kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.

Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, pasiyent dərhal əməliyyat blokunda alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

***

Ağcabədidə azyaşlı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Avşar kəndində qeydə alınıb.

Kənd sakini, şərti adı Pünhan olan azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb. Yaralı yaxınları tərəfindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
27
4
redaktor.az

5Sources