EN

İdeal “robot-həyat yoldaşı” TƏQDİM EDİLDİ: “Moya” insan dərisi istiliyinə malikdir – FOTO/VİDEO

Çində ən real “robot-həyat yoldaşı” təqdim edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Çində “Moya” adlı yeni və olduqca realist humanoid robot nümayiş etdirilib.

Bu “robot-həyat yoldaşı” real bədən ölçüləri, 165 santimetr boyu və 32-36 dərəcə sabit temperatura malik olan yumşaq dərisi ilə fərqlənir.

Bu xüsusiyyətlər onu toxunuş zamanı real insana maksimum dərəcədə yaxın edir.

Tərtibatçılar bildirirlər ki, bu android gələcəkdə təkcə evlərdə deyil, həm də məktəblərdə və xəstəxanalarda insanlara məsləhət və konsultasiya xidmətləri göstərmək üçün istifadə olunacaq.

Robotun 2026-cı ilin sonunda satışa çıxarılması planlaşdırılır.

Yeni texnologiyanın qiyməti isə kifayət qədər yüksəkdir. “Moya”nın ilkin satış qiyməti 173 min dollar (təxminən 294 100 manat) olaraq müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
41
interpress.az

1Sources