ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Müəmmər Qəddafinin oğlu və Liviyanın mühüm şəxslərindən biri olan Seyf əl-İslam Qəddafi Zintandakı evinə silahlı hücum nəticəsində həlak olub.
Reyting.az xəbər verir ki, bacısının açıqlaması Seyf əl-İslamın ölümü ilə bağlı suallar doğurub.
Qəddafinin siyasi müşaviri Abdullah Osman tərəfindən ictimaiyyətə açıqlanan məlumata görə, hücum 3 fevralda baş verib.
Sui-qəsdin təfərrüatları və cinayətkarlar barədə araşdırmalar davam edərkən, onun ölüm xəbərini Seyf əl-İslam Qəddafinin vəkili Xalid əz-Zeydi də təsdiqləyib.
Ancaq Qəddafinin ölümü ilə bağlı bacısı fərqli bir məlumat paylaşıb. Seyf əl-İslamın bacısının iddiasına görə, qardaşı Əlcəzair sərhədi yaxınlığında ölüb.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.