EN

"Paşa Sığorta"nın istiqrazlar üzrə yatırımları - 24% AZALIB

“Paşa Sığorta” ASC-nin 2025-ci ilin sonuna (31.12.2025) dair investisiya portfeli açıqlanıb. Hesabat 2024-cü ilin eyni dövrü (31.12.2024) ilə müqayisədə şirkətin investisiya strukturunda əhəmiyyətli dəyişikliklərin baş verdiyini göstərir.

Belə ki, şirkətin cəmi investisiyaları 2025-ci ilin sonunda 249,2 milyon manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonundakı 223,5 milyon manatla müqayisədə 25,7 milyon manat və ya 11,5 faiz çoxdur.

İnvestisiya portfelində əsas paya malik olan istiqrazlar üzrə isə azalma qeydə alınıb. 2025-ci ilin sonunda istiqrazlar portfelinin həcmi 127,6 milyon manata düşüb ki, bu da ötən illə müqayisədə 40,1 milyon manat və ya 24 faiz azalma deməkdir.

Azalmanın əsas səbəbi dövlət istiqrazları üzrə göstəricilərin zəifləməsidir. Dövlət istiqrazlarına yatırımlar 99,5 milyon manata enib və bu istiqamətdə 43,9 milyon manatlıq (30,6 faiz) azalma qeydə alınıb. Bununla yanaşı, qeyri-dövlət istiqrazları üzrə yatırımlar artıb. Bu kateqoriya üzrə investisiyalar 28,1 milyon manata çataraq, illik müqayisədə 3,8 milyon manat və ya 15,6 faiz yüksəlib.

Digər investisiya alətləri üzrə göstəricilər əsasən dəyişməz qalıb. Belə ki, səhmlərə, investisiya fondlarına, törəmə maliyyə alətlərinə və öz istifadəsi üçün olmayan daşınmaz əmlaklara yatırımlar hesabat dövründə 0 manat səviyyəsində qalıb.

Ən diqqətçəkən artım isə depozitlər üzrə müşahidə olunub. 2025-ci ilin sonunda depozitlərin həcmi 97,0 milyon manata yüksəlib. Bu, ötən illə müqayisədə 65,5 milyon manat və ya 207,9 faiz artım deməkdir. Beləliklə, depozitlər üzrə yatırımlar təxminən 3,1 dəfə artıb.

“Digər investisiyalar” maddəsi üzrə isə cüzi artım qeydə alınıb. Bu göstərici 24,6 milyon manata çatıb və illik müqayisədə 314,6 min manat (1,3 faiz) yüksəlib.

Xatırladaq ki, “Paşa Sığorta”nın 2024-cü ilin sonuna cəmi investisiyaları 223,5 milyon manat təşkil edirdi. 2025-ci ildə müşahidə olunan dəyişikliklər şirkətin investisiya strategiyasında yenidən balanslaşmanın aparıldığını, xüsusilə depozitlərə üstünlük verildiyini göstərir.

image

Chosen
40
1
fed.az

2Sources