Bitkoin enişini davam etdirir: səhər saatlarında məzənnə $70 minə qədər düşüb (Bitstamp və bir neçə kiçik birjada hətta bir qədər də aşağı olub). Bu, 2024-cü ilin noyabrından — Donald Tramp prezident seçkilərində qalib gəldiyi dövrdən bəri növbəti minimum hesab olunur.
Ethereum 2025-ci ilin may səviyyələrinə geri çəkilib, Solana isə son iki ilin ən aşağı göstəricisini yeniləyib.
Coinglass-ın məlumatına görə, son 24 saat ərzində kriptobirjalarda uzun (long) mövqelər üzrə daha təxminən $700 milyonluq likvidasiyalar baş verib. Likidasiya ilə üzləşən treyderlərin sayı demək olar ki, 200 min nəfər olub. Ən böyük itkilər BTC, ETH və SOL-un bahalaşmasına oynayanların payına düşüb.