EN

TRIPP üçün ərazi araşdırmasına başlanır

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin mühəndislik və konsaltinq şirkəti AECOM-dan bir qrup TRIPP layihəsi üçün ərazi araşdırmasına başlamaq məqsədilə Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından Ermənistana səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb. 

Bildirilib ki, yuxarıda qeyd olunan işlər Ermənistanda uzunmüddətli iqtisadi artımı, əlaqəni və regional inteqrasiyanı təşviq etməyə kömək edəcək dəmir yollarının və digər infrastrukturun inkişafı üçün texniki-iqtisadi əsaslandırma və təkliflərin hazırlanmasını əhatə edəcək.

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
1
unikal.az

2Sources