EN

Suriya və ABŞ bu məsələdə razılığa gəldilər

Suriya Prezidenti Əhməd əl Şaraa ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın rəhbərlik etdiyi ABŞ nümayəndə heyətini qəbul edib.

Publika.az "The New York Times"-a istinadən xəbər verir ki, prezident sarayında keçirilən görüşdə regional məsələlər müzakirə olunub.

Görüşdən sonra Tom Barrak "X" hesabından verdiyi açıqlamada dənizdə qaz kəşfiyyatı üçün Suriya şirkəti ilə müqavilə imzaladıqlarını bildirib.

Barrak həmçinin, Şaraa ilə görüşməkdən məmnunluğunu ifadə edib: "Suriyanın dənizdə qaz kəşfiyyatı fəaliyyətində tarixi bir mərhələnin şahidi olmaqdan şərəf duyuram. Suriya neft şirkəti "Chevron" və "Power International Holding" ilə ilk dəniz kəşfiyyatı anlaşma memorandumunu imzaladı. Suriya xalqının sarsılmaz ruhu və bol resursları birlikdə rifah, inklüzivlik və yenilənmə dolu gələcək qurur".

Chosen
23
1
publika.az

2Sources