EN

Superliqa klubu sabiq baş məşqçisini geri qaytara bilər

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 5 fevral, AZƏRTAC

Türkiyənin “Konyaspor” klubu sabiq baş məşqçisi İlhan Palutu geri qaytarmağa hazırlaşır.

AZƏRTAC Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis baş məşqçi vəzifəsi ilə bağlı dəyərləndirmələr aparmaq və fikir mübadiləsi həyata keçirmək məqsədilə Konya şəhərinə dəvət olunub.

Tərəflər arasında baş tutacaq görüşmələrdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, İlhan Palut 2021-2023-cü illərdə “Konyaspor”a rəhbərlik edib.

Qeyd edək ki, komandanı ötən ilin noyabr ayından Çağdaş Atan çalışdırırdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
3
azertag.az

4Sources