EN

Mədəniyyət hüququn formalaşmasında mühüm rol oynayır - Adil Kərimli

Bakı. Trend:

Bu gün Azərbaycan mədəniyyəti təkcə Azərbaycan vətəndaşlarınındeyil, bütövlükdə dünyada yaşayan 50 milyondan çox azərbaycanlınınhüquqlarının, maraqlarının və mənəvi dəyərlərinin qorunmasınaxidmət edir.

Trend xəbərverir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli bu gün Bakıdakeçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanıdeyib.

Nazir bildirib ki, mədəniyyətin insanların həyat tərzinəçevrilməsi, cəmiyyətin ayrılmaz tərkib hissəsi olması mühüməhəmiyyət daşıyır:

“Bu baxımdan mədəniyyətin bir neçə əsas sahəsi müəyyən edilib:davranış mədəniyyəti, bilik mədəniyyəti, incəsənət, mədəni irs vədigər istiqamətlər. Bu sahələr üzrə Azərbaycan Respublikasınınmədəniyyət siyasətinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdətutulur və bütün dövlət qurumları cəmiyyətin bu istiqamətdəinkişafına töhfə verməlidir”.

A.Kərimli vurğulayıb ki, mədəniyyət və hüquq arasında qarşılıqlıəlaqə xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyət sosial fenomen kimiçıxış edir və hüququn formalaşmasında mühüm rol oynayır:

“Milli qanunvericiliyin effektivliyi onun Azərbaycan mədəniyyətdəyərlərinə nə dərəcədə uyğunlaşdırılmasından birbaşa asılıdır.Hüquqi aktların xarici təcrübə əsasında hazırlanması mümkündür,lakin onların işlək olması üçün milli-mədəni əsaslara söykənməsivacibdir. Texnologiyanın, o cümlədən süni intellektin inkişafıhüquq sahəsində yeni imkanlar yaratsa da, hüquqşünas fəaliyyətimahiyyət etibarilə yaradıcılıq tələb edir. Hüquq canlı birmexanizmdir və yalnız formal sənəd kimi deyil, cəmiyyətin sosial vəmədəni xüsusiyyətlərini əks etdirən sistem kimi işləməlidir”.

Chosen
88
az.trend.az

1Sources