EN

Coşqun Rəhimovun yeni peşəsi

Əməkdar artist Coşqun Rəhimov müəllim kimi fəaliyyət göstərir.

Publika.az xəbər verir ki, o, aktyorluq dərsi deyir. C.Rəhimov bu haqda "Mədəniyyət TV"yə açıqlamasında deyib. O bildirib ki, yumor sahəsində aktyorlar yetişdirir:

"Uşaqlar gəlir və mənim aktyorluq biliklərimdən faydalanırlar. Çalışırıq yumor dəstəsi yaradaq. İstəyimiz zövq verməkdir. Aktyor sənəti istəkdən asılıdır. Öyrənmək istəyən varsa, yardım edəcəyik. İstedadlı gənclərimiz çoxdur. Amma narazıyam ki, tez məşhur olmaq istəyirlər".(Axşam.az)

Chosen
17
5
publika.az

6Sources