ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp öz təhlükəsizliyi ilə bağlı narahatlıqlarının olduğunu bildirib.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ lideri buna baxmayaraq, bu cür fikirlərdən uzaq durmağa çalışır.
"Mən bundan narahatam, amma bunu ağlımdan çıxarmalıyam, əks halda işimi görmək mümkün olmazdı", - deyə Amerika lideri “NBC News”-a verdiyi müsahibədə bu barədə verilən suala cavab olaraq bildirib.
Tramp 2024-cü ildə iki sui-qəsd cəhdindən sağ çıxıb. Birincisi hadisə iyul ayında Pensilvaniyada keçirilən seçki kampaniyası mitinqində baş verib, snayper gülləsi onun qulağını deşib.
İkinci dəfə isə sentyabr ayında Ukraynaya yardım tərəfdarı olan radikal bir şəxs Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının yaxınlığında atəş açıb.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.