EN

“Buna görə də hər iki futbolçu oyunu buraxacaq” liderin ən yaxın izləyicisi

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün birinci liqada da qış fasiləsinə yekun vurulacaq. 13-cü turun mərkəzi oyununda lider “Şəfa” ən yaxın izləyicisi “Baku Sportinq”i qəbul edəcək. Liderdən 5 xal geri qalan “Baku Sportinq”in baş məşqçisi Röyal Nəcəfov “Football-plus.az”a qarşıdakı oyunla bağlı danışdı:

“Sevindirici haldı ki, hazırlığı istədiyimiz səviyyədə keçirdik. 2-ci dövrənin birinci oyunudu. İstər-istəməz ilk oyun ağır olur. Özü də liderə qarşı oynayırıq, işimiz ikiqat ağır olacaq. Qarşılaşmanın ağır keçəcəyinin fərqindəyik. Bütün hazırlığımız da buna görədi. İnanıram ki, sabah 1-ci liqa futbolsevərləri baxımlı oyunun şahidi olacaq. Çalışacağıq ki, yaxşı nəticə qazanaraq həm azarkeşlərimizi sevindirək, həm də yüksək pillələrə iddialı olduğumuzu göstərək. Ceyhun Muxtarlı və Fərid Nadirov oyunu buraxacaq. Ayaqlarında ağrı var. Risk etmədik ki, zədələri uzanmasın. Buna görə də hər iki futbolçu oyunu buraxacaq. Elita hədəfləri haqda danışmaq çox tezdi. Qarşıda bir-birindən ağır 15 oyunumuz var. Hədəfimiz hər oyun yaxşı nəticə qazanmaqdı. Bu haqda danışmaq üçün aprel-may aylarındakı turnir cədvəli vacib olacaq ki, rahat fikir söyləyə bilək”.

Xatırladaq ki, görüş 14.30-da Binə qəsəbə stadionunda keçiriləcək.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
1
icma.az

2Sources