EN

Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya aparıldı

Ötən gün 163 nömrəli tam orta ümumtəhsil məktəbinin ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan 10-cu sinif şagirdi özəl xəstəxanaya yerləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı  sorğuya Kliniki Tibbi Mərkəzdən cavb olaraq bildirilib:

"2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) fevralın 4-ü saat 21:00-da ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub. Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib".

Bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) fevralın 4-ü saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Gülər

"Cebheinfo.az"

Chosen
22
12
cebheinfo.az

10Sources