Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda hazırda hüquqşunas çatışmazlığı var.Demokrat.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.O bildirib ki, ölkənin təhsil müəssislərindən hər il təqribən 1400 hüquqşünas məzun olur:"Azərbaycanda ümumilikdə hər 100 min vətəndaşa 14 hüquqşunas düşür. Digər ölkələrlə müqayisədə bizdə hüquqşünasların azdır. Vəkillərin sayına baxanda isə görürük ki, hər 100 min vətəndaşa 28 vəkil düşür. Biz bu göstəricələr üzrə Avropadan geridəyik. Bundan başqa, Azərbaycanda hər 100 min vətəndaşa 1,5 notarus düşür. Həmçinin Azərbaycanda hakimlərin sayı da Avropa ilə müqayisədə iki dəfə azdır. Yalnız prokurorluq orqanları əməkdaşlarının sayında digər Avropa ölkələri ilə eynilik müşahidə edilir". (Report)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.