Bakı, 5 fevral, AZƏRTAC
Qırğızıstanın ən böyük gölü olan İssık-Kulun səviyyəsi XIX əsrdən bəri təxminən 14 metr aşağı düşüb, ümumi həcmi isə 85 milyard kubmetr azalaraq kritik həddə çatıb.
AZƏRTAC Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Bakıt Torobayev bildirib. O, bunun səbəbini buzlaqların əriməsində, hidroloji dəyişikliklərdə və su istifadəsinin artmasında görüb, həmçinin gölü təmin edən çayların sayının azaldğını da vurğulayıb.
Nazir qeyd edib ki, İssık-Kul regional əhəmiyyətli ekosistem və ölkənin iqtisadi resursudur, hazırkı vəziyyət turizm, bioloji müxtəliflik və yerli icmalar üçün ciddi təhlükə yaradır. Torobayev beynəlxalq ictimaiyyəti su ehtiyatlarının davamlı idarə olunması və ekosistemlərin qorunmasına dair birgə layihələrə dəvət edib.