EN

Müəllimlərin attestasiyasının ikinci mərhələsinə start verilir -Tarix və bölgələr AÇIQLANDI

"Bu il attestasiyanın ikinci mərhələsi start götürür. Proses doqquz iqtisadi bölgəni əhatə edəcək".

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Yaşar Zeynalov deyib.

O bildirib ki, attestasiya Mərkəzi Aran, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Qazax-Tovuz, Dağlıq Şirvan bölgələrində keçiriləcək. İlin sonunda isə Naxçıvan Muxtar Respublikasında musiqi və incəsənət təhsili verən müəllimlərin bilik səviyyəsinin qiymətləndirilməsi nəzərdə tutulur:

"Ümumilikdə prosesə təxminən 8 min müəllim cəlb olunacaq. Onların regionlar üzrə xoreoqrafik mərkəzlərə rahat gəlişi üçün bütün zəruri şərait yaradılıb. Komissiya üzvləri həmin mərkəzlərdə toplaşacaq və müəllimlər müvafiq attestasiya proqramları üzrə qiymətləndiriləcəklər. Attestasiya fevralın 10-dan başlayacaq. Müxtəlif səbəblərdən prosesdə iştirak edə bilməyən şəxslər üçün ilin sonunda əlavə mərhələnin keçirilməsi nəzərdə tutulur".

Nazirlik rəsmisi bildirib ki, attestasiyadan keçə bilməyən müəllimlər üçün apellyasiya mexanizmi tətbiq edilməyəcək:

"Lakin komissiya üzvlərinin səsverməsi zamanı 3 üzv əleyhinə, 2 üzv lehinə səs verdikdə, həmin müəllimlər təlim proqramlarına cəlb olunurlar. Birinci mərhələdə bu cür hallar qeydə alınıb. Təlimləri uğurla başa vuran iştirakçılar daha sonra DİM tərəfindən keçirilən test mərhələsində iştirak edirlər və nəticələrə əsasən müsabiqə yolu ilə işə qəbul olunublar. Ötən il 234 müəllim təlimlərə cəlb edilib, onlardan 118-i test mərhələsində iştirak hüququ qazanıb".

Chosen
70
2
redaktor.az

3Sources